Dekabrın 13-də Parisdə Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının 8-ci iclası keçirilib. Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətinin bu gün yaydığı məlumatda deyilir.
«İclasda iki ölkə arasında iqtisadiyyat, maliyyə əməkdaşlığı, yanacaq-energetika, nəqliyyat, kosmik və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, eləcə də ətraf mühitin mühafizəsi, mədəniyyət, təhsil, gənclər və idman sahələrində əməkdaşlığa dair məsələlər ətrafında müzakirələr aparılıb, xüsusilə ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı diqqət mərkəzində olub», - deyə məlumatda qeyd edilir.
İclasda Azərbaycan tərəfini maliyyə naziri Samir Şərifov, Fransa tərəfini isə xarici ticarət, turizmin təşviqi və xaricdə yaşayan fransızlar üzrə dövlət katibi Matias Fekl təmsil edib.*
F.İsazadə