Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) ilə İslam İnkişaf Bankı (İİB) arasında Cənub-Cənub Əməkdaşlığı və Qarşılıqlı Əlaqə üzrə Niyyət Protokolu imzalanıb. Bu barədə XİN-in məlumatında deyilir.
Sənəd AİDA-nın rəhbəri Əşrəf Şıxəliyevin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam İnkişaf Bankının üzv ölkələri arasında davamlı inkişaf nəticələri üzrə tərəfdaşlığın miqyasının artırılması və möhkəmləndirilməsi adlı tədbirdə iştirakı çərçivəsində imzalanıb.
Protokolda tərəflər arasında müxtəlif sahələr üzrə əməkdaşlığı inkişaf etdirmək üçün təcrübə və bilik mübadiləsi, təlim və seminarların təşkili və mütəxəssislərin qarşılıqlı şəkildə ezam edilməsi nəzərdə tutulur.*
R.Babayev