Azərbaycan prezidenti İlham Əliyev “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanununun tətbiqi barədə fərman imzalayıb.
Fərmanın mətni rəsmi mətbuatda dərc olunub.
Qanunda Milli antidopinq qurumunun və üç müstəqil qurumun - Terapevtik istifadəyə icazə qurumu, İntizam qurumu və Apellyasiya qurumunun yaradılması nəzərdə tutulur.
Gənclər və İdman Nazirliyi on gün müddətində “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin yaradılmasını və onun dövlət qeydiyyatına alınmasını və publik hüquqi şəxsin müşahidə şurasının tərkibini müəyyən etmək tapşırılır. **
R.Babayev