“Standard & Poor`s” (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli korporativ kredit reytinqini “BB” səviyyəsindətəsdiq edib. Bu barədə agentliyin məlumatında deyilir.
Reytinq üzrəproqnoz “neqativ” kimi qiymətləndirilib.
Bundan başqa, agentlik SOCAR-ın təmin olunmamış prioritet borcları üzrə reytinqi də “BB” səviyyəsində təsdiqləyib.
“SOCAR-ın maliyyə göstəriciləri son dərəcə aşağı düşsə də, cari səviyyədə reytinqin əsaslandığı dövlət dəstəyinin əvvəlki kimi göstəriləcəyi ehtimalı yüksəkdir”, - deyə məlumatda bildirilir.
S&P leveric səviyyəsinin yüksəlməsi səbəbindən şirkətin kredit ödəmə qabiliyyətini “bb-” səviyyəsindən “b+” səviyyəsinədək aşağı salıb.
Agentlik qeyd edir ki, bir sıra layihələr, o cümlədən “Şahdəniz” qaz yatağının işlənməsi üzrə “Mərhələ-2”nin həyata keçirilməsi, boru kəmərlərinin tikintisi (bu yataqdan hasil edilən qazın Türkiyə və Cənubi Avropaya nəqli üçün), eləcə də Türkiyəyə investisiya qoyuluşları üçün SOCAR-a külli-məbləğdə kapital lazımdır.
"Bu investisiya qoyuluşlarının şirkətin pul axınlarına mənfi təsir edəcəyini gözləyirik, lakin hökumət SOCAR-ın kapital qoyuluşlarına cari dəstəyi davam etdirəcək", - deyə məlumatda vurğulanır.
Reytinq üzrə neqativ proqnoz S&P-nin ölkənin reytinqi üzrə neqativ proqnozu əks etdirir.*