Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-a üzv ölkələrin ərazisindəki münaqişələr regional inkişafa mane olur. Bunu parlamentin vitse-spikeri Valeh Ələsgərov deyib.
"Təəssüf ki, mövcud olan münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi regional inkişafa mane olur", - deyə o, bu gün Bakıda GUAM Parlament Assambleyasının 9-cu sessiyasının açılışında bildirib.
Vitse-spikerin sözlərinə görə, GUAM-a üzv olan ölkələr bu münaqişələrin həlli üzrə vahid platformadan çıxış edirlər.
"Əminik ki, GUAM ölkələrinin səyləri nəticə verəcək və münaqişələr öz həllini tapacaq", - deyə V.Ələsgərov əlavə edib.
O vurğulayıb ki, GUAM-da həyata keçirilən layihələr enerji təhlükəsizliyini təmin edəcək.*
R.Babayev