Azərbaycan prezidenti İlham Əliyev və ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn iki ölkə arasında enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olundu”, - deyə məlumatda deyilir. **
F.İsazadə