2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,6% - 2 mlrd. 487,3 mln. manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-oktyabr aylarında soba mazutunun istehsalında 49,9% – 457,6 min tonadək, neft bitumu istehsalında 6,9% - 170,2 min tonadək artım qeydə alınıb.
Hesabat dövründə avtomobil benzini istehsalı 6,8% - 1 mln. 48 min ton, birbaşa qovulan benzin istehsalı 5,2% - 175,2 min ton, kerosin istehsalı 8,7% - 579 min ton, dizel yanacağı istehsalı 17,8% - 2 mln. 147,2 min ton, sürtkü yağı istehsalı 63,1% – 9,2 min ton, neft koksu istehsalı 16,8% - 184,9 min tonadək azalıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. “Azərneftyağ” NEZ 2015-ci il yanvarın 1-dən bu zavodun tərkibinə daxil edilib.**
N.Abbasova