“BP” şirkəti SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) ilə Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki "D230" blokunun kəşfiyyatına dair sazişin tezliklə imzalanacağına ümid edir. Bu barədə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bu gün jurnalistlərə bildirib.
"SOCAR ilə sazişin bütün müddəalarının tam hazır vəziyyətə gətirilməsi üçün çox sıx şəkildə çalışırıq. Dəqiq tarixi hələlik qeyd edə bildirəm, sazişin tezliklə imzalanmasını gözləyirik”, - deyə o qeyd edib.
Q.Birrellin sözlərinə görə, şirkət saziş imazalandıqdan dərhal sonra iş proqramının icrasına keçəcək.
Layihədə “BP” və SOCAR hər ikisi 50% paya malik olacaq.
“Operatorluq məsələsinə gəldikdə isə, ARDNŞ ilə bu məsələ hələ müzakirə olunmalıdır. Lakin, ilkin iş proqramını “BP” həyata keçirəcək. Sonrakı mərhələlərdə operatorun müəyyən edilməsi məsələsi müzakirə olunacaq”, - deyə Q.Birrell vurğulayıb. **
N.Abbasova