Azərbaycanın baş nazirinin müavini Abid Şərifov İstanbulda törədilən terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyənin Bakıdakı səfirliyində açılan xatirə kitabına ürək sözlərini yazıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
“İstanbulun Beşiktaş rayonunda törədilən amansız terror aktı nəticəsində çoxsaylı insanın həlak olması xəbəri bizi kədərləndirdi”, - deyə yazıda deyilir.
“Azərbaycan Türkiyənin kədərini bölüşür və qardaş türk xalqına, həlak olanların ailələrinə başsağlığı verir”, - deyə yazıda vurğulanır.
Baş nazirin müavini partlayış nəticəsində xəsarət alanlara və yaralılara tezliklə şəfa diləyib. **
F.İsazadə