2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycana 4,82 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,3 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 4,194 min ədəd avtomobil sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb (azalma 5,4 dəfə).
Cari ilin yanvar-noyabr aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 463 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 4,1 dəfə) və 83 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 2,7 dəfə) idxal edilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 80 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 10 dəfə) gətirilib.
2014-cü ildən etibarən Azərbaycana minik maşınlarının idxalında azalma müşahidə olunur.*
N.Abbasova