Prezident İlham Əliyev Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri Azər Hüseynin vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezidentin digər sərəncamı ilə Azərbaycanın Avstraliya İttifaqında və eyni zamanda Fici Respublikasında, Yeni Zelandiyada fövqəladə və səlahiyyətli səfiri Rövşən Cəmşidov vəzifəsindən geri çağırılıb.
Bundan başqa, İ.Əliyev Elnur Sultanovu Azərbaycanın Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri, o cümlədən Mir-Həmzə Efendiyevin Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.*
R.Babayev