2016-cı ilin əvvəlindən Azərbaycana gələn turistlərin sayı 11% artıb. Bu barədə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov məlumat verib.
"Bu il Azərbaycana gələn turistlərin sayında 11% artım müşahidə olunur", - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazir müavininin sözlərinə görə, ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı 8 dəfə artıb. “Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı isə 33 dəfə artıb”, - deyə N.Səmədov əlavə edib.*
F.İsazadə