Azərbaycanın gömrük orqanlarının əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən verilən məlumatda deyilir.
“Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev BeynəlxalqHava Limanının gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşı mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyib. Lakin həmin şəxsin əl çantası və üst geyimi rentgen aparatından keçirilərkən monitorda pul əsginaslarına bənzər təsvirlər görünüb”, - deyə məlumatda bildirilir.
Təkrar yoxlama nəticəsində vətəndaşın çantasından və gödəkcəsinin cibindən 20 min 300 ABŞ dolları aşkar edilib.*
R.Babayev