Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov əcnəbi turistlərin “ASAN Viza” sistemi tərəfindən viza verilməsi xidmətinə marağın artdığını qeyd edir.
“Son zamanlar turistlərin “ASAN Viza” sistemi tərəfindən viza verilməsi xidmətinə marağın artması müşahidə edilir. Bu da sistemin daha operativ vəziyyətə gətirilməsini zəruri edir”, - deyə İ.Kərimov bu gün “ASAN Viza” portalının təqdimatında bildirib.
Onun sözlərinə görə, “ASAN Viza” portalı 2017-ci il yanvarın 10-dan tam istifadəyə veriləcək.
“Hazırda portal test rejimində fəaliyyət göstərir”, - deyə “ASAN xidmət”in rəhbəri bildirib.
“Biz tərəfdaşlarımızala dialoqa hazırıq. “ASAN Viza” portalının texniki imkanlarının genişlənməsi nəticəsində xarici dövlətlərin vətəndaşları bürokratik maneə olmadan viza ala biləcəklər”, - deyə İ.Kərimov vurğulayıb.
O qeyd edib ki, Agentliyin fəaliyyəti DİN, XİN, Dövlət Təhlükəsizliyi Xidməti,Xarici Kəşfiyyat Xidmətivə digər dövlət strukturları tərəfindən dəstəklənir.
“ASAN xidmət”in fəaliyyət göstərdiyi dövr ərzində müraciətlərin sayı 13 mln.-u ötüb. Əhalinin 98,3%-i təklif edilən xidmətlərdən razıdır”, - deyə İ.Kərimov bəyan edib. **
F.İsazadə