Milli Məclisin bu gün keçirilən plenar iclasında 2017-ci ilin dövlət büdcəsi qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
Gələn il üçün dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat (azalma 3,37%), xərcləri 16 mlrd. 900 mln. manat (azalma 8,62%), kəsiri 645 mln. manat və ya ÜDM-in 1,05%-i səviyyəsində təsdiq edilib.
2017-ci il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 40 ABŞ dollarından götürülüb.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, büdcə layihəsinin müzakirəsi zamanı deputatların səsləndirdiyi təkliflərdən sonra mədəniyyət sahəsi üçün nəzərdə tutulan xərclər 3 mln. manat, Milli Məclisin saxlanması xərcləri isə 850 min manat artırılıb.
«Bu dəyişikliklər büdcənin ümumi konstrukiyasına təsir etməyib», - deyə o bildirib.*
A.Axundov