Xarici İşlər Nazirliyinin“arzuolunmaz şəxslər” siyahısı sadələşdirilmiş viza alınması üzrə yeni sistemə daxil ediləcək. Bu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovbəyan edib.
“Həmin siyahı (“qara”- İF) “ASAN-Viza“ sisteminə inteqrasiya olunacaq. Sistem ölkəyə giriçi qadağan olunan şəxsləri avtomatik qaydada müəyyən edərək onlara viza verilməsində rədd cavabı verəcək”, - deyə İ.Kərimov “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, bu və ya digər şəxsə vizanın verilməsinə dair qərar dövlət tərəfindən qəbul olunur. **
F.İsazadə