2016-cı ilin sentyabr ayından bu günədək xarici turistlər üçün sadələşdirilmiş sistem üzrə 80 mindən çox elektron viza rəsmiləşdirilib. Bu barədə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov məlumat verib.
"Viza rejiminin liberallaşdırılması turizmin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. 72 turizm şirkəti tərəfindən 80 mindən artıq elektron viza rəsmiləşdirilib”, - deyə o, “ASAN Viza” portalının təqdimatında çıxışı zamanı bildirib.
Nazir müavininin sözlərinə görə, Azərbaycanın məqsədi vizanın təkcə beynəlxalq aeroportlarda deyil, həm də bütün sərhəd-buraxılış məntəqələrində verilməsini təmin etməkdir.*
F.İsazadə