Azərbaycanın dərman bazarında keyfiyyətsiz məhsullar var. Bunu baş nazirin müavini Əli Əhmədov “Dərman preparatlarının idxalı ilə bağlı məsələlər və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi” mövzusunda müşavirədə deyib.
O, dərman vasitələrinin dövlət tərəfindən qiymətlərinin tənzimlənməsi haqqında Azərbaycan hökumətinin qərarının olduğunu və bunun vətəndaşların sağlamlığına xidmət etdiyini bildirib.
“Qərarda sahibkarların da maraqları nəzərə alınıb. Buna baxmayaraq, dərman bazarlarına keyfiyyətsiz məhsulların daxil olması barədə məlumatlar var”, - deyə baş nazirin müavini qeyd edib.
Ə.Əhmədov vurğulayıb ki, dövlət qurumları tərəfindən dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirməlidir.*
R.Babayev