2016-cı ilin yanvar-noyabr ayları ərzində Müdafiə Sənayesi Nazirliyin müəssisələri müdafiə təyinatlı məhsulların istehsal həcmini 0,5% artırıblar. Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bəyan edib.
“Cari ilin 11 ayı ərzində müdafiə təyinatlı məhsulların iastehsal həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 0,5% artıb. Hesabat dövründə bu növ məhsulların sifarişçilərə təhvil verilmə həcmi 1,6 dəfə, istehsal olunan məhsulların çeşidi 1,8 dəfə artıb”, - deyə Y.Camalov rəmi mətbuatda dərc olunan məqalədə qeyd edib.
Nazir bildirib ki, yanvar-noyabr aylarında istehsal olunan məhsulların 85%-i müdafiə və xüsusi təyinatlı məhsulların, 15%-i - mülki təyinatlı məhsulların payına düşüb. Y.Camalov vurğulayıb ki, nazirliyin müəssisələrində 115 mövzu və 198 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübə-konstruksiya işləri həyata keçirilir.
“Cari il biz xüsusi təyinatlı «Yalquzaq» snaypertüfənginin yaradılması üzrəində işi başa çatdırdıq və artıq onun istehsalına başlanılıb. Bundan başqa, tank əleyhinə qumbaratan, tüfənglər, artilleriya qurğulatrı daxil olmaqla, digər növ sdilahların hazırlanması və sınaqdan keçirilməsi davam edir”, - deyə nazir bəyan edib. O əlavə edib ki, yaxın zamanda “Zərbə”pilotsuz uçuş aparatlarının silsilə istehsalına başlanacaq. Azərbaycan Silahlı Qüvvələi həmin PUA ilə təchiz olunacaq.
Y.Camalov bildirib ki, Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məhsullar hazırda 10-dan artıq ölkəyə ixrac olunur. Nazir əlavə edib ki, Azərbaycanelektromaqnit impulslu silahlaristehsal edəcək. “Bu növ silahın istehsalına dair danışıqlara artıq start verilib, yaxın zamanda istehsala başlanacaq. Bu silahlar 2 km məsafədə düşmənin radio-elektron qurğularını sıradan çıxarmağa qadirdir. Bundan başqa, uzaq mənzilli raketlərin istehsalı da planlara daxildir, bu istiqamətdə hərbi şirkətlərlə danışıqlar aparılır”, - deyə nazir vurğulayıb. **
A.Əzizov