Müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda hərbi helikopterlərin istehsalının məqsədəuyğun olmadığı qənaətindədir.
“Azərbaycana 150-200 hərbi helikopter lazımdırsa, bunun üçün xüsusi istehsal sahəsi yaradılmasına ehtiyac yoxdur. Az sayda hərbi helikopterləri onu istehsal edən ölkələrdən almaq daha sərfəlidir”, - deyə o, şənbə günü jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, bu il dövlət sifarişi proqramı artıqlaması ilə yerinə yetirilib.*
A.Əzizov