2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsinin həcmi $3,9 mlrd. təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,3% çoxdur. Bu barədə cari ilin 9 ayı ərzində tədiyyə balanasının məlumatında deyilir.
“Yanvar-sentyabr aylarında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsinin həcmi $3,9 mlrd. təşkil edib və 8,3% çoxdur. Bununla yanaşı, hesabat dövrü ərzində göstərilən turizm xidmətlərinin profisiti $207 mln. təşkil edib, baxmayaraq ki, bir il öncə $259 mln. səviyyəsində kəsir olub”, - deyə AMB-nin tədiyyə balansının məlumatında bildirilir.
Bu dövrdə xarici qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə $1 mlrd. 847,9 mln. məbləğində turizm xidmətləri göstərilib. Bu məbləğin 72,6%-i Azərbaycan vət\əndaşlarının fərdi səfərlər zamanı xaricdə sərf etdikləri vəsaitin payına düşür.
A.Əzizov