Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 19-da keçirilən növbəti depozit hərracında 50 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“AMB dekabrın 19-da növbəti depozit hərracı keçirib. Hərracda təklif 101 mln. manat təşkil etsə də, Mərkəzi Bank 50 mln. manat cəlb edib. Orta ölçülmüş faiz dərəcəsi 14,3% təşkil edib”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, AMB iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb.*
N.Abbasova