Bakı və Sumqayıtda Yeni il bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkaları satış yarmarkaları təşkil olunacaq. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulur”, - deyə məlumatda deyilir.
Yarmarkalar Bakınəın Xətai, Səbail, Nərimanov, Suraxanı, Binəqədi rayonlarında, həmçinin Sumqayıt şəhəri üzrə 12-ci mikrorayon və köhnə avtovağzalın yanında təşkil olunacaq.
“Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq”, - deyə məlumatda qeyd olunur. **
R.Babayev