Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə Rusiyanın səfirinin faciəli ölümü ilə əlaqədar başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Hörmətli Vladimir Vladimiroviç, Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı”, - deyə məktubun mətnində deyilir.
İ.Əliyev vurğulayıb ki, Azərbaycan bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyir.
Azərbaycan prezidenti V.Putinə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib. **
R.Babayev