Azərbaycan xarici işlər naziriElmar Məmmədyarov Rusiya Federasiyasının Türkiyə Respublikasındakı səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi ilə əlaqədar həmkarı Serqey Lavrova başsağlığı məktubu göndərib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd edilib ki, nazir məktubda dərin kədər və təəssüf hissi ilə səfir Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi xəbərini eşitdiyini qeyd edərək S.Lavrova dərin hüznlə başsağlığını ifadə edib.
E.Məmmədyarov məktubda, həmçinin, öz adından və Xarici İşlər Nazirliyinin kollektivi adından Andrey Karlovun ailəsinə və yaxınlarına başsağlığının çatdırılmasını xahiş edib. **
R.Babayev