Ötən gün Azərbaycan ərazisində baş vermiş 1 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 81 cinayət faktı qeydə alınıb, onların 28-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 78 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.*
R.Babayev