Azərbaycan Xarici İşlər Nazirliyi Berlində törədilmiş faciəvi hadisə ilə əlaqədar bəyanat yayıb.
“Azərbaycanın Almaniyadakı səfirliyi hadisə nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır”, - deyə XİN-in mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Azərbaycan XİN hadisə nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, Almaniya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib, onların kədərini bölüşdüyünü və yaralananların tezliklə şəfa tapmasını diləyib.
Xəbər verildiyi kimi, ötən gün axşam naməlum şəxs yük maşınını Milad bayramı məqsədi ilə Berlinin mərkəzində təşkil edilmiş yarmarkaya sürüb. Hadisə nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb. **
R.Babayev