Rusiyanın Azərbaycandakı səfirliyi gücləndirilmiş şəkildə mühafizə olunur. Bunu bu ölkənin Bakıdakı səfiri Vladimir Doroxin deyib.
"Biz hamımız şokdayıq (RF-nin Türkiyədəki səfirinin qətli ilə əlaqədar - İF). XİN, Rusiya diplomatiyası tarixində bu, həddindən artıq qeyri-adi hadisədir. Rusiyanın Azərbaycandakı səfirliyi ikiqat-üçqat gücləndirilmiş şəkildə mühafizə olunur. Dünən siqaret almağa gedəndə məni polis müşayiət edib", - deyə o, bu gün MDB-nin yaradılmasının 25 illiyinə həsr olunmuş dəyirmi masada bildirib.
Səfirin sözlərinə görə, Azərbaycan prezidenti baş vermiş insidentlə əlaqədar rusiyalı həmkarına başsağlığı verib.
V.Doroxin əlavə edib ki, istənilən halda həyat davam edir. “Əgər biz gizlənsək, yaşamaqdan imtina etsək, o zaman terroristlərə təslim olacağıq", - deyə səfir vurğulayıb.*
R.Babayev