2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə sərnişindaşımaların həcmi 1 mlrd. 746 mln. 544,2 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1 mln. 750,2 min nəfər (azalma 1,3%), dəniz nəqliyyatı ilə 18,2 min nəfər (artım 2,5 dəfə), hava nəqliyyatı ilə 1 mln. 835,9 min nəfər (artım 7,9%), metro ilə 197 mln. 205,9 min sərnişin (azalma 2,4%) daşınıb.
2016-cı ilin yanvar-noyabr aylarında avtomobil nəqliyyatı vasitələri ilə 1 mlrd. 545 mln. 734 min sərnişin (artım 2,5%), avtobuslarla 1 mlrd. 484 mln. 931,3 min sərnişin (artım 2,5%), taksi minik avtomobilləri ilə 60 mln. 802,7 min sərnişin (artım 3,1%) daşınıb.*
N.Abbasova