MDB-yə üzv-ölkələrinin başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına imkan yaratmağa cəhd edirlər. Bu barədə Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin bəyan edib.
“MDB ölkələri bu münaqişə barədə məlumatlıdır və narahatdırlar. Belarus, Qazaxıstan və digər ölkələrin rəhbərləri öz nüfuz və hörmətlərindən istifadə etməklə, əlbəttə ki, münaqişənin həllinə yardım etməyə çalışırlar”, - deyə V.Doroxin bu gün jurnalistlərə bildirib.
Səfir Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunu əsas moderator adlandırıb. **
R.Babayev