Dünya Bankının Direktorlar Şurası “Cənub Qaz Dəhlizi” (CQD) layihəsinin reallaşdırılması məqsədilə Azərbaycana $400 mln. həcmdə kreditin ayrılmasını təsdiq edib. Bu barədə bankdan məlumat verilib.
“Dekabrın 20-də bankın Direktorlar Şurası Azərbaycana $400 mln. məbləğində kreditin ayrılmasını təsdiq edib. Bundan başqa, Türkiyəyə də $400 mln. həcmdə kredit ayrılacaq. Hər iki kredit vəsaiti “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinə yönələcək”, - deyə məlumatda deyilir.
Krdeitlər üzrə benefisiarlar qismində Azərbaycanın “Cənub Qaz Dəhlizi” QSC və Türkiyənin BOTAS şirkətlıəri çıxış edirlər.
“Biz təbii qazın Xəzər dənizindən Avropaya tədarükü üçün şərait yaradan TANAP layihəsini dəstəkləyən tərəfdaşlar koalisiyasının bir hissəsi olduğumuza görə sevinirik. TANAP nəinki rəqabətə davamlılığı artıracaq və Azərbaycan və Türkiyə əhalisi üçün iqtisadi imkanlar yaradacaq, həm də regional ticarəti dəstəkləyəcək, Türkiyə və Avropada enerji təhlükəsizliyini möhkəmləndirəcək”, - deyə məlumatda bankın Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidentiSiril Müllerin sözlərindən sitat gətirilir. **
A.Əzizov