“Günay Bank” ASC Azərbaycan İpoteka Fondunun (AİF) agent bankı oldu. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AİF-dən məlumat verilib.
“Günay Bank” AİF-in agent bankı oldu. Artıq ipoteka krediti əldə etməkdə maraqlı olan vətəndaşlar bu banka da müraciət edə bilərlər”, - deyə fonddan bildiriblər.
“Günay Bank” AİF-in sayca 20-ci agent bankı oldu.
Bundan başqa, “Günay Sığorta” şirkəti AİF-in müvəkkil sığorta təşkilatı oldu. Beləliklə, fondun sığortaçılarınəın ümumi sayı 16-a çatıb. **
A.Əzizov