Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 21-nə manatın dollara qarşı rəsmi məzənnəsini dekabrın 20-də qeydə alınmış 1,7525 manat/$1 səviyyəsinə qarşı 1,7575 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,2853% ucuzlaşıb.
Dekabrın 21-nə manatın avroya nisbətən rəsmi məzənnəsi dekabrın 20-də qeydə alınmış 1,8229 manat/1EUR səviyyəsinə qarşı 1,83 manat/1EUR səviyyəsində müəyyənləşdirilib. Bununla da manat avroya nisbətən 0,3894% ucuzlaşıb.
AMB dekabrın 21-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini dekabrın 20-nə olan 0,0284 manat/1RUR səviyyəsinə qarşı 0,0287 manat/1RUR səviyyəsində müəyyən edib. Beləliklə, manat rubla qarşı 1,0563% ucuzlaşıb.*
N.Abbasova