2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycana sement və klinker idxalı 362,1 min ton təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 14,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Ölkəyə ümumilikdə $16 mln. 700,3 min dəyərində (аzаlma 32,6%) sement və klinker idxal olunub”, - deyə məlumatda bildirilir.
Bundan başqa, 10 ay ərzində Azərbaycana $30 mln. 816,9 min dəyərində 97 min 989,9 ton mineral gübrə (azalma 17,4%) idxal olunub.
Hesabat dövründə ölkəyə $134 mln. 806,1 min dəyərində 226 min ton metalyayma məhsulu (azalma 5,7%), $37 mln. 232,3 min dəyərində 85,235 min ton qara metaldan hazırlanan çubuqlar (azalma 63,3%), $17 mln. 52,4 min dəyərində 23 min 130,2 ton qara metaldan hazırlanan günyə (azalma 42,2%), $404 mln. 922,8 min dəyərində 209,8 min ton qara metaldan hazırlanan boru (azalma 50,7%) idxal edilib.*
N.Abbasova