Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda nəqliyyat problemlərinin aradan qaldırılması üçün dövlət strukturlarının iş vaxtının dəyişdirilməsini nəzərdən tutan təklifləri Nazirlər Kabinetinə təqdim edib. Bunu agentliyin rəhbəri Vüsal Kərimli bu gün mətbuat konfransında deyib.
"Bakıda pik saatlarda nəqliyyat vasitələrinin sıxlığını aradan qaldırmaq üçün dövlət strukturlarının iş vaxtının dəyişdirilməsinə dair təkliflər layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib”, - deyə o bildirib.
BNA rəhbərinin sözlərinə görə, BNA dövlət strukturlarında işin saat 8:00, 8:30 və ya 9:30-da başlanmasını təklif edir.
“Agentliyin qiymətləndirmələrinə görə, bu, pik saatlarda nəqliyyat vasitələrinin hərəkət sıxlığını 20% azaltmağa inkan verəcək”, - deyə o qeyd edib.
V.Kərimli vurğulayıb ki, dövlət strukturularında iş gününün başlanma vaxtı müzakirələr zamanı müəyyən olunacaq.*
N.Abbasova