Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə əlaqədar faciəli insident Ankara ilə Moskva arasında əlaqələrin pisləşməsinə səbəb olmayacaq. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi belə hesab edir.
“Dövlətlərimizin başçılarının qeyd etdiyi kimi, bu ölkələr arasında siyasi və iqtisadi əlaqələrə təsir etəyəcək, əksinə, daha da möhkəmləndirəcək”, - deyə nazir jurnalistlərə bildirib.
N.Zeybekçi səfirin qətlini pisləyib və onun yaxınları və doğmalarına başsağlığı verib. **
A.Axundov