“MONEX” sistemi Azərbaycan və Yunanıstan arasında təcili pul köçürmələrinə başlayıb. Bu barədə “Muğanbank”ın məlumatında deyilir.
Qeyd edək ki, “Monex” sistemi "Muğanbank" ASC-nin layihəsidir.
“MONEX” təcili pul köçürmə sistemi fəaliyyətini genişləndirməkdə davam edir. Belə ki, artıq “Rico Express” mikromaliyyə təşkilatının Yunanıstanda fəaliyyət göstərən bütün şöbələrində (“Rico Express”in Yunanıstanda 11 məntəqəsi mövcuddur) “MONEX” təcili pul köçürmə sistemi vasitəsilə təcili pul köçürmələrini almaq və göndərmək mümkündür”, – deyə məlumatda bildirilir.
2011-ci ildə “Muğanbank” ASC tərəfindən yaradılmış “MONEX” sistemi vasitəsilə müştərilər ölkə daxilində və eyni zamanda, 20-dən çox ölkəni əhatə edən 30 mindən artıq məntəqə üzrə pul köçürmə əməliyyatlarını yerinə yetirə bilər.*
A.Əzizov