Azərbaycan prezidenti İlham Əliyev respublikanın Gürcüstan, Belarus və Braziliyada səfrilərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Dursun Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
O cümlədən, Lətif Qəndilov Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bundan başqa, Elxan Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. **
R.Babayev