Çin Xalq Respublikasının sədri Si Cinpin prezident İlham Əliyevi 55 illik yubileyi münasibətilə təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Son illərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr daim inkişaf edir. İki ölkə arasında qarşılıqlı siyasi etimad möhkəmlənir, iqtisadi, ticari, humanitar və digər sahələrdə əməkdaşlıq sabit olaraq inkişaf edir, ənənəvi dostluq günbəgün möhkəmlənir”, - deyə Si Cinpinin təbrik məktubunda qeyd edilir.
“Dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında xalqlarımızın rifahı naminə səmimi əməkdaşlığın daha da dərinləşməsi üçün Sizinlə bərabər səy göstərmək istəyirəm”, - deyə Çin Xalq Respublikasının sədri vurğulayıb.
Dekabrın 24-də Azərbaycan prezidentinin 55 yaşı tamam olur.*
R.Babayev