İqtisadiyyat naziri Şahin Mustafayev Naxçıvan Muxtar Respublikasından Türkiyəyə ixracın genişləndirilməsini vacib hesab edir.
İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilir ki, Ş.Mustafayev Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ilə görüşdə ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edib.
“Bildirilib ki, Türkiyənin idxal etdiyi hər hansı məhsul Azərbaycanın ixrac məhsulları siyahısında mövcuddursa, həmin məhsullar Azərbaycandan idxal edilə bilər”, - deyə Ş.Mustafayev qeyd edib.
Görüşdə ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər, eləcə də 5-ci Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun keçirilməsi məsələləri müzakirə edilib.*
A.Axundov