Manat bu gün keçirilən valyuta hərracında dollara qarşı ucuzlaşıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.
"22 dekabr 2016-cı il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 ABŞ dolları üçün 1,7575 məzənnəsi ilə başlayıb və 1,762 məzənnəsi ilə yekunlaşıb", - deyə məlumatda qeyd olunur.**
A.Əzizov