Bu ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 9% artaraq 2,9 mlrd. manata çatıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% və ya 103 mln. manat artmaqla 1,7 mlrd. manat olub.Cari ilin yanvar-noyabr aylarında bu sektordan daxilolmalar sosial sığorta haqlarının 64%-ni və ya 1087 mln. manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3% və 54,5 mln. manat çoxdur”, - deyə nazir hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, daxilolmaların səviyyəsinin mütəmadi artımı fondun xərclərinin 98,2%-ni təşkil edən pensiya və müavinətlərin də vaxtında maliyyələşdirilməsinə şərait yaradıb. Fondun büdcəsindən əmək pensiyaları üzrə xərclərə 8,4% çox vəsait yönəldilib. Sosial sığorta müavinətləri üzrə ödənişlərin məbləği isə 82 mln. manata çatıb.
DSMF-in 2016-cı il üçün kəsirsiz büdcəsinin gəlir və xərcləri 3 mlrd. 307,36 mln. manat məbləğində təsdiq edilib.*
R.Babayev