Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Gəncə şəhərində sahibkarlara ümumilikdə 7,3 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“Tədbir çərçivəsində Gəncə və ətraf rayonlarda 43 sahibkarlıq subyektinə ümumilikdə 7,3 mln. manat güzəştli kredit verilib”, - deyə məlumatda bildirilir.
SKMF-nin məlumatına görə, sahibkarların layihələrinin reallaşdırılması aqropark kompleksinin yaradılması, heyvandarlıq, un məmumlatları, mərmər, şüşə, plastik qapı və pəncərə, tərəvəzçilik və turizm sahələrinin inkişafına yönəlib.
“Kreditləşdirilən layihələr 250-ə yaxın yeni iş yerinin açılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
İndiyədək Gəncə-Qazax iqtisadi rayonunda 6 mindən artıq sahibkara 228 mln. manat güzəştli kredit ayrılıb. O cümlədən, Gəncə şəhərində 481 investisiya layihəsinin reallşadırılması üçün 39 mln. manat verilib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. 2016-cı ildə bu məbləğ təxminən 200 mln. manata yaxın təşkil edəcək.**
N.Abbasova