Prezident İlham Əliyev bu gün “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycan Respublikası baş nazirinin müvafiq sahəyə cavabdeh olan müavini Komissiyanın sədri təyin olunub. Komissiyaya daha 13 nəfər, o cümlədən, 7 nazir daxildir.
Həmçinin dövlət başçısı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnaməni təsdiq edib. **
A.Axundov