“Bakı Metropoliteni” QSC 3 yeni metro stansiyasının tikintisi üzrə hazırlıq işlərinə başlayıb. Bu barədə jurnalistlərə QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
“Stansiyalar Nobel prospekti boyunca inşa olunacaq və “Xətai” və “Həzi Aslanov” stansiyaları arasında yerləşəcək. Onlardan biri "Ağ Şəhər", digəri H.Əliyev adına neft emalı zavodunun qarşısı, üçüncüsü isə Nargilə dairəsi adlanan hissədə olacaq”, - deyə o bildirib.
N.Paşayevin sözlərinə görə, hazırda şərti adı "Y-15" olan ikinci stansiyada artıq hazırlıq işləri gedir. Orada tunelqazma maşınının quraşdırılması yekunlaşmaq üzrədir. Daha sonra "Y-15"dən "Həzi Aslanov-2" stansiyasına doğru tunelin qazıntısına başlanacaq.*
N.Abbasova