Gələn il Abşeron və Ağcabədi rayonlarında iki olimpiya idman kompleksi açılacaq. Bunu prezident İlham Əliyev deyib.
“İdmanın inkişafı bizim dövlət siyasətimizdir və idman infrastrukturunun yaradılması prosesi davam edir. Gələn il Abşeron və Ağcabədi rayonlarında iki olimpiya idman kompleksi açılmalıdır”, - deyə dövlət başçısı bu gün 2016-cı ilin idmanyekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bölgələrdə 40-dan çox müasir olimpiya idman kompleksi yaradılıb.
“Bir neçə idman kompleksinin tikintisi davam edir. Biz gələcək illərdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik ki, hər bir rayonda idmanla məşğul olmaq üçün ən müasir şərait yaradılsın”, - deyə İ.Əliyev vurğulayıb.*
R.Babayev