Cari il xaricdə münaqişə zonalarında döyüşmüş 8 Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev bəyan edib.
“2016-cı ilin əvvəlindən digər dövlətlərin ərazilərində münaqişə zonalarında döyüşlərdə iştirak edən 8 Azərbaycan vətəndaşı saxlanılıb”, - deyə E.Quliyev Dövlət Sərhəd Xidmətinin
2016-cı ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.
Onun sözlərinə görə, DSX tərəfindən həmçinin qanunsuz miqrasiya ilə məşğul olan 6 qrup zərərsizləşdirilib.
“O cümlədən, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib”, - deyə E.Quliyev vurğulayıb. **
R.Babayev