Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidentiVladimir Putinə Soçi şəhəri yaxınlığında “Tu-154” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Tu-154” təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni sarsıtdı”, - deyə məktubda deyilir.
İ.Əliyev Azərbaycan xalqı adından və şəxsən öz adından həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verib. **
F.İsazadə