Sosial binaların tikintisi üzrə ikinci layihə Hövsan qəsəbəsində icra ediləcək. Bunu prezident İlham Əliyev deyib.
«İndi Bakı şəhərində ikinci layihənin icrası üçün hazırlıq işləri gedir. İkinci layihədə tikinti meydançası 20 hektar olacaq», - deyə o vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, Hövsanda da onlarla yeni yaşayış binasının tikintisi nəzərdə tutulur.
«Biz 2017-ci ildə inşaat sektorunda çox böyük bir inkişaf görəcəyik. Bu gün Azərbaycanda sosial binaların tikintisi, icra edilən digər layihələr çox böyük canlanmaya gətirib çıxaracaqdır», - deyə İ.Əliyev qeyd edib.*
R.Babayev