Azərbaycanda sahibkarlara verilən investisiya təşviqi sənədi $8 mln.-dan artıq məbləğdə vergi və gömrük güzəştləri əldə etməyə imkan yaradacaq. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bəyan edib.
“Nazirlik tərəfindən 2016-cı ilin may ayından etibarən 84 layihə üzrə investisiya təşviqi sənədi, 56 layihə üzrə 212 təsdiq sənədi verilib. Bu, sahibkarlara $8 mln.-dan artıq məbləğində güzəştlər əldə etməyə imkan verəcək”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, bu layihələrin reallaşdırılması yerli istehsalata 1 mlrd. manatdan artıq məbləğində sərmayə yatırmaq və 7 min yeni iş yeri açmağa şərait yaradacaq. **
A.Axundov